cavabın tarixi: 01.11.2024
Daşınmaz əmlak reyestr orqanına yazılı müraciət edərək səhvi göstərməlisiniz. Onlar ilkin sənədlərlə müqayisə aparıb, texniki səhvi aşkar edərsə, özləri düzəliş edə bilərlər. Əgər mübahisəli haldırsa, məhkəmə qərarı ilə düzəliş verilir. Notariat sənədləri, şəxsiyyət vəsiqəsi və səhvi isbat edən əlavə dəlillər təqdim edilməlidir. Prosessual olaraq bu, çox vaxt sürətli həll olur.