cavabın tarixi: 30.12.2024
Əvvəlcə bələdiyyə və ya icra orqanından torpağın mülkiyyət statusu öyrənilməli. Əgər doğrudan şəxsi mülkiyyətdirsə, o, hasar qura bilər. Amma bələdiyyə balansındadırsa, vətəndaşın hasarı qanunsuzdur. Sakinlər şikayət edərək söküntü və ərazinin yenidən ictimai istifadəyə verilməsini tələb edə bilər. Məsələ məhkəməyə qədər gedirsə, mülkiyyət sənədləri incələnərək qərar verilir.