cavabın tarixi: 02.01.2025
Hər şey torpaq mülkiyyətinin qanuni əsasına bağlıdır. Bələdiyyə və ya kooperativ sənədləri hüquqi cəhətdən düzgün deyildirsə, dövlət həmin torpağa tələbat elan edə bilər. O zaman siz kompensasiya tələb etməlisiniz, mülkiyyətin tanınmasını məhkəmə qaydasında tələb edə bilərsiniz. Tələbiniz haqlıdırsa, ya torpaq sizdə qalır, ya da əvəzi ödənilir. Vəkil sənədlərin qanuniliyini araşdıraraq müdafiənizi təşkil edər.