cavabın tarixi: 01.12.2024
Su hövzəsi və onun mühafizə zolağı xüsusi qoruma altında ola bilər. Tikinti üçün ərazi mülkiyyətdə yaxud icarədə olmalıdır, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bəzən yerli icra orqanları razılıq verməlidir. Mövcud qanuna əsasən su sahilboyu ərazi ictimai istifadə üçün açıq qalmalıdır. Restoran üçün razılıq alınmasa, tikinti qanunsuz sayılar, söküntü qərarı verilə bilər.