cavabın tarixi: 05.11.2024
Əvvəlcə çıxarış və əmlakın ipoteka üçün yararlı olması təsdiqlənməlidir. Sonra ipoteka müqaviləsi notarial qaydada təsdiqlənir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata salınır. Müqaviləni diqqətlə oxuyun: faiz dərəcəsi, müddət, ödəniş cədvəli, gecikmə halları, bankın tutma hüququ necə tətbiq olunacağı mütləq qeyd olunmalıdır. Hər şey qanuni biçimdə olarsa, əmlak həmin borcun təminatı kimi çıxış edir.