cavabın tarixi: 19.12.2024
Mülki Məcəlləyə əsasən, paylı mülkiyyətdə olan bir payı satmaq istədikdə, öncə digər paydaşlara eyni şərtlərlə təklif olunmalıdır. Onlar almasalar, kənar şəxsə satıla bilər. Öncə notarius vasitəsilə rəsmi bildirişlə göndərilir, 30 gün ərzində cavab yoxdur, deməli razıdırlar. Bu prosedur yerinə yetirilməzsə, paydaşların ön alım hüququndan istifadə imkanı yaranır, satış ləğv edilə bilər.