cavabın tarixi: 17.01.2025
Pensiya yaşı çatmaq müqavilənin avtomatik ləğvi üçün yetərli səbəb deyil. İşçinin könüllü çıxması və ya qanunvericiliyə uyğun xitam səbəbi olmalıdır. Əmək Məcəlləsində 'pensiya yaşı gələn işçinin məcburi azad edilməsi' qaydası yoxdur. Yalnız müəyyən sahələrdə yaş həddi vardır (məsələn, dövlət qulluğunda). Əks halda, sizi zorla işdən kənarlaşdırmaq qanunsuzdur.