cavabın tarixi: 26.11.2024
Vergi Məcəlləsi vergi borcu yığışanda borclunun mülkünə həbs qoyulmasını nəzərdə tutur. Həbs qaldırılmadan satıcı notariusda alqı-satqı edə bilməz. Çıxış yolu odur ki, borcunuzu ödəyəsiniz, ya da vergi orqanı ilə taksit planı bağlayasınız. Bundan sonra restriksiyanın ləğvini istəyib mülkü azad surətdə sata bilərsiniz. Uzun müddət həbs qalarsa, vergi orqanı icra yolu ilə hərraca da çıxara bilər.