cavabın tarixi: 10.12.2024
Xaricdə yaşayan şəxs etibarnamə yolu ilə evini sata bilər. Bunun üçün Azərbaycanın konsulluğunda notarial qaydada etibarnamə verə bilərsiniz. Etibarnamədə hansı səlahiyyətlərin verildiyi açıq göstərilməlidir (alqı-satqı aparmaq, notariat, bank əməliyyatları və s.). Sonra etibarnamə ilə təmsilçi Azərbaycanda notariusda alqı-satqı müqaviləsini bağlayıb evi sata bilər. Təbii ki, etibarnamə məhdud yox, geniş səlahiyyətli olmalıdır.