cavabın tarixi: 29.10.2024
Ailə Məcəlləsinə görə evlilik müddətində qurulan əmlak (tikili), ümumi ailə vəsaiti ilə inşa edilibsə birgə mülkiyyət sayılır. Torpaq əvvəldən həyat yoldaşınıza məxsus olsa da, üstünə tikilən ev həm də sizin payınızla formalaşıbsa, məhkəmə dəyərləndirmə apararaq həmin tikilidə sizin də payınızı tanıya bilər. Bəzi hallarda torpağın sahibi önə çıxsa da, tikiliyə dair məsrəfləri sizin etdiyiniz sübuta yetirilsə, mülkiyyət payı verilə bilər.