cavabın tarixi: 14.01.2025
Çoxmərtəbəli binanın damı ümumi mülkiyyət sayılır. Hər hansı fərdi mansard tikintisi üçün binadakı digər mülkiyyətçilərin və dövlət orqanının icazəsi tələb edilir. Əgər bu icazə alınmayıbsa, siz məhkəməyə müraciət edərək tikilinin sökülməsini və ya qanuniləşdirilməsi üçün prosedurların aparılmasını tələb edə bilərsiniz. Məhkəmə qərarı əsasında qanunsuz tikili aradan qaldırıla bilər.