cavabın tarixi: 15.12.2024
Mümkün dərəcədə yazılı müqavilə və ya ən azından ödəniş sübutu (bank köçürməsi) olmalıdır. Qəbz vermək bələdçinin vergi öhdəliyidir. Əgər qəbz verməkdən imtina edirsə, sizdə ən azından mobil mesajlaşma, e-poçt yazışmaları və şahid ifadələri ola bilər. Bu sənədlər məhkəmədə sübut kimi qəbul edilə bilər. Ən yaxşı yol, başlanğıcda rəsmi müqavilə və ya çek tələb etməkdir.