cavabın tarixi: 27.11.2024
Məktəb kollektivi ekskursiya edirsə, uşaqların təhlükəsizliyi və sığorta məsələləri gündəmə gəlir. Tur şirkəti ilə müqavilə bağlansa, uşaqların taşınması, bələdçi xidməti və sığorta kimi məsələlər həll olunur. Müəllimlərin öz təşəbbüsü isə daha riskli ola bilər; çünki hər hansı problem yaranarsa, rəsmi tur operatoru ilə müqavilə olmadığı üçün hüquqi zəmin zəif qalır. Təhsil Nazirliyi ümumən tur şirkəti ilə protokol tövsiyə edir.