cavabın tarixi: 06.01.2025
Fərdi məlumatların qorunması qanunvericiliyinə görə, turizm şirkəti sizin razılığınız olmadan şəxsi məlumatlarınızı üçüncü şəxslərə ötürə bilməz. Bu, məlumatın konfidensiallıq prinsipinə ziddir. Siz yazılı şəkildə müraciət edərək, məlumatlarınızın kiminlə və nə məqsədlə paylaşıldığını soruşa, müsbət cavab almazsanız məhkəməyə və ya müvafiq qurumlara şikayət edə bilərsiniz. Cərimə və cəza tədbirləri tətbiq oluna bilər.