cavabın tarixi: 28.10.2024
Layihədə dupleks kimi təsdiq edilib və konstruksiya sanksiyalaşdırılıbsa, reyestrdə də ‘dupleks’ göstərilməsi lazımdır. Əks halda rəsmi sənəddə yalnız 1 mərtəbə qeyd olunacaq. Gələcəkdə icra hakimiyyəti buna qanunsuz dəyişiklik deyə bilər. Alıcı mütləq memarlıq və inşaat sənədlərini, o cümlədən eskiz layihəni yoxlasın ki, dupleks qanuni formada rəsmiləşdirilibmi.