cavabın tarixi: 17.12.2024
Bəli, komanda mediasiyası konsepsiyası təcrübədə var. Qanun mane olmur, tərəflər razılaşsa bir neçə mediator təyin edilə bilər. Xüsusilə çox aktorlu, mürəkkəb hüquqi-ticari münaqişələrdə faydalıdır. Mediatorlar arasında əmək bölgüsü aparılır, məsələn, biri hüquqi aspektləri, digəri isə emosional yönləri idarə edir. Tərəflər bunun üçün ayrıca razılaşma ilə hətta ödənişi də bölüşdürməlidirlər.