cavabın tarixi: 02.11.2024
Psixoloq, tərəflərin razılığı ilə əlavə mütəxəssis qismində prosesə cəlb oluna bilər. Bu, mediatorun işini asanlaşdırır, münaqişənin emosional səviyyəsini idarə etməkdə faydalıdır. Lakin bütün iştirakçılar gizlilik öhdəliyinə razılaşmalıdır. Psixoloq məcburi deyil, lakin ailə və ya həssas mübahisələrdə çox səmərəli ola bilər. Mediator bununla razı olsa, proses daha effektiv keçər.