cavabın tarixi: 09.12.2024
Məişət zorakılığı cinayət tərkibli ola bilər. Belə hallarda məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət vacibdir. Mediasiya könüllü olduğundan, qurbanın razılığı varsa, yalnız ailə daxili məsələlərin bir qismi müzakirə oluna bilər. Lakin məcburetmə və ya zorakılıq halında mediasiya qurban üçün psixoloji təhlükə yarada bilər. Bu səbəbdən mediator zorakılıq hallarını aşkar edərsə, hüquqi müdaxiləni tövsiyə edir.