cavabın tarixi: 15.12.2024
İmzalanmış mediasiya sazişi məcburi qüvvəyə malikdir. Lakin tərəflər yenidən mövcud razılaşmanı dəyişmək istəyirsə, yenidən mediasiya prosesinə gedə bilərlər və ya sadəcə əlavə razılaşma imzalaya bilərlər. Zorla heç kim saziş müddəalarını birtərəfli dəyişə bilməz. Əgər hər iki tərəf könüllü şəkildə dəyişikliklə razı olarsa, yeni sənəd tərtib etmək mümkündür.