cavabın tarixi: 15.12.2024
Qanunvericiliyə görə, binanın ümumi mülkiyyət sahələri, o cümlədən lift və kommunikasiya xətləri, MİS (Mənzil-istismar sahəsi) və ya Mənzil Mülkiyyətçiləri Birliyi tərəfindən idarə olunur. İcbari və ya könüllü sığorta məsələlərini də birlik adından bağlaya bilərlər. Hər bir mənzil sahibi şəxsi mənzili üçün əlavə könüllü sığorta da edə bilər. Beləliklə, ümumi obyektlər üçün kollektiv qaydada sığorta müqaviləsi imzalanır.