cavabın tarixi: 27.12.2024
Mülk sahibi azyaşlıdırsa, qanuni nümayəndəsi (valideyn, qəyyum) adından sığorta müqaviləsi imzalayır. Mülki Məcəlləyə görə, azyaşlının müqavilə bağlama səlahiyyəti məhduddur. Buna görə bütün hüquqi hərəkətləri valideyn və ya qəyyum həyata keçirir. Sığorta haqqı da bu qaydada ödənilir. Hadisə zamanı ödəniş azyaşlının maraqlarına uyğun sərf edilir, qəyyum nəzarəti altında.