Məsələn, avtomobil sığortası üçün sürücünün sürücülük təcrübəsi, qəza tarixi, avtomobilin texniki göstəriciləri və fotoşəkilləri istənilir. Əmlak sığortasında isə mülkiyyət sənədi, texniki pasport, dəyərini təsdiqləyən sənədlər tələb oluna bilər. Sığortaçı bu məlumatlarla riski dəyərləndirir, uyğun premium təyin edir.
Sayt administrasiyası
17.11.2024
cavabın tarixi: 17.11.2024
Qanunla sığortaçı, lazımi informasiyaları tələb edərək riskləri qiymətləndirmə haqqına sahibdir. Müştəri bu məlumatları tam və dürüst şəkildə verməlidir. Əks təqdirdə, gələcəkdə sığorta hadisəsi zamanı yalan beyan səbəbindən sığortaçı ödənişi azalda və ya imtina edə bilər. Bu sənədlər riskin gerçək dəyərini ölçmək üçündür və hər bir sığorta növünə görə fərqlənir.
Bankda açdığınız depozit dövlətin sığorta fonduna daxildirsə, müəyyən məbləğə qədər sığortalanır. Bank bağlansa, müştəri sığorta fondundan ödəniş alır. Amma sığorta limiti var. Bu necə işləyr?
Bəzi sığorta şirkətləri müştərilərə premiumu hissə-hissə ödəmə şansı təklif edir. Bu, faizsiz və ya müəyyən xərclə ola bilər. Hüquqi cəhətdən, müqavilədə ödəniş cədvəli və şərtlər dəqiq göstərilməlidir. Tələb olunan halda bank vasitəsilə hissəli ödəniş də gerçəkləşdirilə bilər.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən toplanan sosial sığorta haqları var. Bu, pensiya, müavinət və digər sosial təminatlar üçündür. Kommersiya sığortası isə özəl sığorta şirkətlərinin fəaliyyət sahəsidir. Bu iki mexanizm arasındaki əsas fərq nələrdir?
Azərbaycanda müəyyən növ həyat sığortasına sahib olan şəxslər vergidən azadolma və ya güzəştlər əldə edə bilər. Bu məsələ hansı qanunla tənzimlənir və detalları necədir?
Banka gedirsiniz, deyirlər ki, ipoteka / istehlak krediti üçün ancaq filan sığorta şirkəti ilə işləyirik. Bu, müştərinin seçmə hüququnu məhdudlaşdırmırmı?
Bəzi yaşayış və qeyri-yaşayış sahələri üçün icbari əmlak sığortası tələb olunur. Bu, yanğın, partlayış, təbii fəlakət və sair risklərdən qoruyur. Əgər sığorta olmadan istifadə olunursa, cərimə və digər sanksiyalar tətbiq oluna bilər.