cavabın tarixi: 23.12.2024
Xarici diplomların nostrifikasiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyində (əvvəllər Təhsil Nazirliyi idi) aparılır. İmtina səbəbləri rəsmi bildirilir. Əgər qanunsuz olduğunu düşünürsünüzsə, təkrar ərizə ilə düzəliş, əlavə sənəd təqdim edə bilərsiniz. Əlavə mərhələ də uğursuz olarsa, inzibati məhkəməyə müraciət edərək Agentliyin qərarını ləğv etdirməyə çalışa bilərsiniz. Hər şey təqdim etdiyiniz sənədlərin düzgünlüyünə və proqramın uyğunluğuna bağlıdır.