cavabın tarixi: 16.01.2025
Valideyn komitəsi qanunvericilikdə könüllü birlikdir. Məktəbin ehtiyacları üçün vəsait toplamaq rəsmən qadağan deyil, ancaq məcburi ola bilməz. Heç kəs pulu verməyə məcbur edilə bilməz, bu, könüllülük prinsipinə əsaslanır. Pul vermədiyiniz üçün uşağa qarşı ayrı-seçkilik yolverilməzdir. Belə hal olarsa, məktəb rəhbərliyinə şikayət etmək hüququnuz var.