cavabın tarixi: 08.01.2025
“Vətəndaşların müraciətləri haqqında” Qanuna görə, dövlət qurumları ərizələrə adətən 15 iş günü, əlavə araşdırma tələb olunarsa 30 iş günü ərzində cavab verməlidirlər. Bu müddət keçibsə, Nazirliyin rəhbər instansiyasına təkrar ərizə, Ombudsman, eləcə də məhkəməyə şikayət edə bilərsiniz. Eyni zamanda, Prezident Administrasiyasının müraciət sisteminə də yaza bilərsiniz ki, Nazirlikdən cavab ala bilmirsiniz.