cavabın tarixi: 27.11.2024
Azərbaycan məhkəməsində ‘xarici məhkəmə qərarının tanınması və icrası’ adlı prosedur var. Siz xarici boşanma sənədlərini təqdim edərək, tanınma davası qaldırırsınız. Məhkəmə tanıdıqdan sonra ASAN Xidmət (və ya qeydiyyat şöbəsi) sizin Ailə vəziyyətinizi rəsmi şəkildə ‘boşanmış’ olaraq qeyd edəcək. Beləliklə, Azərbaycanda da subay statusuna malik olacaqsınız.