cavabın tarixi: 26.11.2024
Evlilikdən əvvəl alınan əmlak kimin adına rəsmiləşibsə onun şəxsi mülkiyyətidir. Ümumiyyətlə nikah dövründə ortaq əmlak sayılmır. Ancaq digər tərəf sübut etsə ki, bu əmlakın dəyərini artıran yenidənqurma, təmir işləri birlikdə görülüb və öz maddi töhfəsi var, müəyyən dərəcədə kompensasiya tələb edə bilər. Lakin mülkiyyət hüququ əsas etibarilə əvvəlki sahibində qalır.