Evdə nikah davam edərkən mənim adıma qaz, işıq, su aboneliği var. Boşanmaq istəyirəm, ev isə yoldaşımın adına ola bilər. Kommunal borcları kim ödəməlidir və gələcəkdə necə həll etmək olar?
Sayt administrasiyası
31.12.2024
cavabın tarixi: 31.12.2024
Evin kimin adına olması, kommunal xidmətlər üzrə aboneliğin kimdə olması ayrı məsələdir. Əgər faktiki istifadə edən yoldaşınızdırsa, məhkəmə qərarı ilə o, həmin xərcləri ödəməli ola bilər. Boşanma sonrası ‘Kim evdə qalır, kim istifadə edir’ sualları aydınlaşdırılaraq, çıxan borcları ödənişlə kim məsuliyyət daşıyır, o müəyyən edilir. Əslində aboneliği dəyişmək və ya yeni abonent yaratmaq məqsədəuyğun olar.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Boşanma prosesində həyat yoldaşım mütəmadi imtina edir, məhkəmə iclaslarına gəlmir və süni şəkildə işi uzadır. Bununla bağlı ciddi vaxt itkisi yaşayıram. Mövcud qanunvericiliyə əsasən boşanma işini sürətləndirmək üçün hansı addımları ata bilərəm, prosesi hansı hallarda sürətlənməsi mümkündür?
Atam vəfat etdi, mən hələ 15 yaşındayam, mirasdan payım var. Amma anamla da münasibətlər gərgindir. Bu halda mənim miras payımı kim izləyir, rəsmi qaydada kim mənim adımdan hərəkət edə bilər?
Yaxın qohum uşağını övladlığa götürmə fikrindəyəm. Yəni xalamın balasıdır. Qanunda qohumluq əlaqəsi olduqda proses daha asan keçirmi, hansı sənədlər lazımdır?
Uşağa xaricə getmək üçün pasport düzəltmək istəyirəm. Atası ilə artıq əlaqəm yoxdur, ancaq rəsmi boşanmamışıq. Onun razılığı olmadan pasport verərlərmi?
Atamız vəfat etdi, bacım və qardaşım miras paylarından mənim xeyrimə imtina etmək istəyirlər, çünki mənim daha çox ehtiyacım var. Bu hansı formada gerçəkləşdirilir və rəsmi qaydalar nədir?