cavabın tarixi: 09.11.2024
Fotoşəklinizin bu cür təhrif olunması və təhqiramiz formada paylaşılması şərəf, ləyaət və şəxsi həyata hörmət hüququnun pozulmasıdır. Mülki Məcəllə əsasında məhkəməyə verib kontentin silinməsini, təkzib və mənəvi təzminat tələb edə bilərsiniz. Əlavə olaraq Cinayət Məcəlləsində böhtan/təhqir elementləri varsa, prokurorluq vasitəsilə cinayət işi qaldırılma ehtimalı var. Bu sahədə sübutların toplanması (link, skrinşot) mütləqdir.