cavabın tarixi: 24.12.2024
Bəli, KİV-də dərc edilmiş və ya yayımlanmış hər hansı məlumat həqiqəti əks etdirmirsə və şəxsin nüfuzuna xələl gətirirsə, bu, şərəf və ləyaət pozuntusu sayılır. Zərərçəkən Mülki Məcəllə əsasında təkzib, üzr və mənəvi təzminat tələb edə bilər. Eyni zamanda “KİV haqqında” qanunda media orqanının məsuliyyəti nəzərdə tutulub. Cinayət Məcəlləsinə görə də böhtan faktı subut olunsa, cəza tətbiq oluna bilər.