cavabın tarixi: 24.10.2024
İş mühitində təhqir, əmək münasibətlərində etik normaların pozulması olmaqla yanaşı, şərəf və ləyaətə zərbədir. Bu hal baş verərsə, əvvəlcə HR və ya idarəetmə orqanına rəsmi şikayət vermək, nəticə olmadığı halda məhkəməyə müraciət etmək olar. Təhqir tərkibi sübut olunarsa, Mülki Məcəlləyə görə təkzib və mənəvi zərərin ödənilməsi ilə yanaşı, Cinayət Məcəlləsi şərtlərinə əsasən məsuliyyət tələb edilə bilər.