cavabın tarixi: 11.12.2024
Konstitusiya milli azlıqların dilinin qorunmasını dəstəkləyir. Təhsil Qanununa əsasən, bəzi bölgələrdə milli azlıq dillərində təhsil verən siniflər və məktəblər təşkil oluna bilər, lakin dövlət dili kimi Azərbaycan dili də tədris proqramında əsas fənn olaraq qalır. Yəni eyni zamanda milli dil və dövlət dili paralel şəkildə öyrədilə bilər.