cavabın tarixi: 12.12.2024
Mediasiyada verilən bəyanatlar, təkliflər məhkəmə və ya digər orqanlar qarşısında sübut kimi istifadə edilə bilməz (qayda: konfidensiallıq və özünütəqsirləndirmənin qadağası). Tərəflərdən biri mediasiya zamanı əldə etdiyi məlumatları məhkəmədə dəlil qismində irəli sürə bilməz. Bu, könüllü və açıq dialoqun qorunması üçün nəzərdə tutulan ciddi bir prinsipdir.