cavabın tarixi: 13.01.2025
Mübahisədə tərəflərin rahat ünsiyyət qura bilməsi üçün zəruri hallarda peşəkar tərcüməçi dəvət edilməlidir. Bu, mediatorun təklifi və ya tərəflərin razılığı ilə reallaşır. Tərcümə xərclərini kim ödəyəcəyi məsələsi də öncədən razılaşdırılır. Konfidensiallıq şərtləri tərcüməçiyə də şamil edilir. Nəticədə hamının fikri anlaşıqlı qaydada ifadə olunur.