cavabın tarixi: 07.11.2024
Dövlət ümumtəhsil məktəblərinə qəbul adətən ərazi prinsipi ilə aparılır. Amma xüsusi gimnaziya və liseylər müəyyən imtahan və seçmə tətbiq edə bilərlər; bu qanunidir. Ayrıca, bəziləri DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş imtahanla şagird qəbul edir. Yəni hər məktəbin nizamnaməsində bunlar yazılır. Rəsmi nizamnamə və Nazirliyin təsdiqi olmadan daxili imtahan tətbiq etmək qanunsuzdur.