cavabın tarixi: 04.12.2024
Qətnamənin qanuni qüvvəyə minməsindən sonra, icra sənədi icra şöbəsinə təqdim olunur. İcra məmurları borclunun əmlakını, bank hesablarını yoxlayır, zərurət olduqda əmlaka həbs qoyur. Borclu könüllü ödəmə etməsə, məcburi icra tədbirləri görülür. Siz icra işinin gedişatını izləmək üçün icraçı ilə əlaqə saxlaya bilərsiniz. Qanunsuzluq və ya ləngimə varsa, yuxarı icra orqanına və ya məhkəməyə şikayət etmək hüququnuz var.