cavabın tarixi: 14.01.2025
Həbs, mülkiyyətçinin həmin əmlakı satmaq, bağışlamaq və ya girov qoymaq imkanlarını məhdudlaşdırır. Yəni əmlakın reyestrindən çıxarışda qeyd olunur ki, bu, məhkəmə qərarıyla həbsdədir. Həbs yalnız borc ödənildikdən və ya məhkəmə qərarı ləğv edildikdən sonra aradan qalxır. İcra prosesi nəticə verməsə əmlak məcburi satıla bilər və əldə olunan vəsaitlə borc bağlanar.