cavabın tarixi: 11.11.2024
Qanunvericiliyə əsasən, işin məğzindən asılı olaraq, məhkəmə xərcləri əsasən uduzan tərəfə yüklənir. Lakin hakimin qərarı ilə xərclər qismən bölüşdürülə bilər. Məsələn, iddianın bir hissəsi təmin edilib, digər hissəsi rədd edilibsə, xərclər mütənasib şəkildə bölünə bilər. Ekspertiza və ya tərcümə xərclərinin kimin ödəyəcəyi də məhkəmə nəticəsində bəlli olur.