cavabın tarixi: 02.12.2024
Kart itirildikdən sonra bankı xəbərdar etdiyiniz andan etibarən aparılan əməliyyatlar bankın məsuliyyətindədir. Bundan öncə olan əməliyyatlarda istifadəçilərin səhlənkarlığı aşkarlansa, bank məsuliyyət götürməyə bilər. Ancaq tez xəbər versəniz və PIN kodu paylaşmamağınız sübuta yetirilsə, qanun kart sahibini qoruyur. Hər bir hal fərdi araşdırılır, zərurət yaransa məhkəmə ekspertizası aparıla bilər.