cavabın tarixi: 10.11.2024
Yaşama və ya ölüm hallarına dair sığorta varsa, sığorta əsasən kredit sahibinin həyat və sağlamlığına görə tərtib olunur. Bu sığorta ailə üzvlərini avtomatik əhatə etmir, lakin sığorta, borcalan vəfat edərsə qalan borcu bağlaya bilər. Ailə üzvləri yalnız o halda əlavə sığorta təminatına daxil ola bilər ki, bununla bağlı ayrıca maddə müqavilədə qeyd edilsin. Müqavilədə nəyin yazıldığı həlledicidir.