cavabın tarixi: 08.12.2024
İctimai xadimlər, siyasətçilər, məşhurlar geniş tənqid obyektinə çevrilə bilər. Ancaq yenə də təhqir və böhtan qanuna ziddir. Avropa İnsan Hüquqları Məhkəməsinin meyarlarına görə, ictimai xadimlər daha çox tənqidə dözümlü olmalı, amma təhqir sərhədi aşıldıqda müdafiə hüququ saxlanılır. Azərbaycanda da Mülki Məcəllə və Cinayət Məcəlləsi hər kəs üçün eynidir. Fərq ondadır ki, məhkəmə ictimai maraq və ifadə azadlığını da nəzərə alır.