Mən ipoteka ilə ev almışam, indi satmaq istəyirəm. Evin üzərində bankın ipoteka qeydi var. Satış üçün hansı sənədləri almalıyıq, alıcı bu evə necə arxayın ola bilər?
Sayt administrasiyası
26.11.2024
cavabın tarixi: 26.11.2024
İpoteka krediti davam edərkən evi satmaq istəyirsinizsə, alıcı ya bankın razılığı ilə borcu öz üzərinə götürür, ya da ipotekanı tam ödəyib bankdan girovu silməsini istəyir. Evin ipoteka qeydinin silinməsi üçün banka olan borc qapadılmalıdır. Praktikada ən çox ‘çıxarış’ alınarkən, notarius vasitəsilə bankın arayışı əsasında ipoteka qeydiyyatı silinir. Maraq göstərən alıcıya, bankın girovu silməsi üçün rəsmi sənədlər göstərilir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Bankla imzaladığım kredit müqaviləsi şərtləri mənim üçün artıq əlverişli deyil. Faiz dərəcəsi çox yüksəkdir və müəyyən ödəniş çətinliyim var. Bu halda bankla müqaviləni dəyişmək, faizləri azaltmaq və ya ödəmə müddətini uzatmaq üçün hansı hüquqi addımları atmaq mümkündür?
Mən dostuma kredit götürərkən zamin durmuşam. İndi dostum ödəmir, bank məni tələb edir. Zaminlik müqaviləsinin şərtlərinə görə, hansı hallarda cavabdehəm və ödənişdən yayınma hüququm varmı?
Uzun müddətdir kredit borcum var və gecikməyə görə bank mənə hədələyir ki, ödəniş etməsəm hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu, realdırmı? Kredit borcuna görə cinayət məsuliyyəti mümkünmü?
Valideynim rəhmətə gedib, onun bank krediti varmış. Həmin borclar qanunla avtomatik bizə keçir? Yoxsa hansısa prosedur var? Borc məbləğindən artıq mirasdan imtina etmək olar?
Salam. Atam bankdan kredit götürmüşdü (UniBank). Rəhmətə getdiyi üçün 1600dolları ödəyə bilmədi. 2022-ci ildən bəri bank məni vərəsə kimi qeyd edərək hədələyir. İş yerimə yazdı. Füzuli rayon məhkəməsi qərar çıxardı (əlimizə gəlməyib qərar) və müəyyən müddət bank heç bir zəng etmir, 1ildən bir yenə hədələyir. Qeyd edim ki, atam Birinci Qarabağ müharibəsi veteranıdır, müharibə əlilidir.
Ailədə yeganə işləyən mənəm, 650manat maaş alıram, xəstə anama baxıram. Bankın məndən borc götürmədiyim halda pul tələb etməsi nə qədər doğrudu?