Debet kartımdan izinsiz pul çəkilirsə bankdan kompensasiya ala bilərəm? - Vakillar-az.com
  • Ana səhifə
  • Suallar
  • Debet kartımdan izinsiz pul çəkilirsə bankdan kompensasiya ala bilərəm?

Debet kartımdan izinsiz pul çəkilirsə bankdan kompensasiya ala bilərəm?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
0

05.11.2024

Kart məlumatlarım oğurlanıb, iznim olmadan hesabımdan pul çıxarılıb. Bank əvvəlcə cavabdeh olmadığını deyir. Bu halda bank cavabdehlik daşıyırmı, pulu necə qaytara bilərəm?

Sayt administrasiyası 07.11.2024
cavabın tarixi: 07.11.2024

Kart məlumatlarının oğurlanması nəticəsində tranzaksiyalar baş veribsə, 24 saat ərzində bankı məlumatlandırmaq lazımdır. Bank kart güvenliyindən ötrü müəyyən texniki tədbirlər (3D Secure, SMS bildiriş) görməlidir. Sizin heç bir günahınız yoxdursa və kartınızın qorunması üçün lazımi tələblərə əməl etmisinizsə, bank zərəri qarşılamağa borcludur. Bank könüllü ödəməzsə, məhkəmədə mübahisələndirə bilərsiniz, xüsusilə Mərkəzi Banka şikayət də verilir.

Похожие вопросы

Atamın borcu

1 cavab
25.06.2025
Salam. Atam bankdan kredit götürmüşdü (UniBank). Rəhmətə getdiyi üçün 1600dolları ödəyə bilmədi. 2022-ci ildən bəri bank məni vərəsə kimi qeyd edərək hədələyir. İş yerimə yazdı. Füzuli rayon məhkəməsi qərar çıxardı (əlimizə gəlməyib qərar) və müəyyən müddət bank heç bir zəng etmir, 1ildən bir yenə hədələyir. Qeyd edim ki, atam Birinci Qarabağ müharibəsi veteranıdır, müharibə əlilidir. Ailədə yeganə işləyən mənəm, 650manat maaş alıram, xəstə anama baxıram. Bankın məndən borc götürmədiyim halda pul tələb etməsi nə qədər doğrudu?
Читать далее
0
0
32

Bank hesabımdan qanunsuz tutulmalar olub, necə geri qaytara bilərəm?

cavab yoxdur
20.11.2024
Son bank hesabatında xəbərim olmadan kartımdan bəzi tutulmalar olduğunu aşkar etdim. Banka müraciət etdim, amma tam aydın izahat ala bilmədim. Bu ödənişlərə görə mənə xəbərdarlıq edilməyib. Bu pulu geri qaytarmaq üçün hansı addımları atmalıyam, bankı necə cavabdeh tuta bilərəm?
0
0
1
Hamısını göstər