cavabın tarixi: 29.11.2024
Azyaşlıların ləyaəti də qanunla qorunur, valideynlər uşaq adından məhkəməyə müraciət edə bilər. Mülki Məcəlləyə əsasən şəxsiyyəti alçaldan və ya uydurma məlumat yayan şəxs təkzib verməli, mənəvi təzminat ödəməlidir. Böhtan və ya təhqir müəyyən dərəcədə ağırdırsa, Cinayət Məcəlləsi ilə də hüquqi məsuliyyətə cəlbetmə mümkündür. Uşağın psixoloji zərər çəkməməsi üçün bu prosesdə ehtiyatlı və peşəkar yanaşma önəmlidir.