cavabın tarixi: 04.11.2024
İlk addım sübutların yığılmasıdır (postların skrinşotu, video linkləri). İnfluencerlərin paylaşımları sizə böhtan və təhqir formasında zərər vurursa, Mülki Məcəllə üzrə məhkəmə prosesi apara bilərsiniz. Tələb kimi bu kontentlərin silinməsi, ictimai üzr və mənəvi kompensasiya göstərmək mümkündür. Eyni zamanda sosial media platformasına rəsmi şikayət edərək həmin paylaşımların silinməsini tələb etmək də effektli ola bilər.