cavabın tarixi: 10.12.2024
Rəsmi nikah olmadıqda Mülki Məcəlləyə uyğun olaraq, həmin daşınmaz əmlak hansı tərəfin adına sənədləşdirilibsa, adətən o şəxs mülkiyyətçi olur. Lakin ikinci tərəf sübut etsə ki, əmlakın alınmasında maddi payı var, məhkəmə onun payının tanınmasına qərar verə bilər. Əsas problem odur ki, bu işin sübut yükü pay sahibi olmağa iddia edən tərəfdədir. Bank köçürmələri, şahid ifadələri və s. dəlillər toplanmalıdır.