El borcunu qaytara bilməmək ailə mübahisəsində hansı əhəmiyyətə malikdir? - Vakillar-az.com
  • Ana səhifə
  • Suallar
  • El borcunu qaytara bilməmək ailə mübahisəsində hansı əhəmiyyətə malikdir?

El borcunu qaytara bilməmək ailə mübahisəsində hansı əhəmiyyətə malikdir?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
2

22.11.2024

Bəzi qohumlara pul borcum var, onları qaytara bilmədiyim üçün həyat yoldaşımla tez-tez mübahisə yaranır. Bu, boşanma halında kimin borcu sayılır?

Sayt administrasiyası 23.11.2024
cavabın tarixi: 23.11.2024

Əgər borcu ailə ehtiyacları üçün götürmüsünüzsə və nikah dövründə xərc ortaq o sayılırsa, bu borc ‘ailə tələbatı’ kateqoriyasında ola bilər. Boşananda həmin borcun ödənilməsi ortaq məsuliyyət ola bilər. Amma borcu şəxsi səbəblə, fərdi xərclər üçün almısınızsa, o halda sizin fərdi borcunuzdur. Məhkəmə bunu faktlara əsasən müəyyən edəcək.

Mahmudova Təhminə Məhəmməd qızı Premium

Mahmudova Təhminə Məhəmməd qızı

Qiymət:
5
Rəylər:
2 rəyin
Hamısını genişləndirin
  • Vəkil
  • Bakı
Fəaliyyət göstərdiyi vəkil qurumu: Union Vəkil Bürosu Bildiyi xarici dillər : Xarici dil biliyi yoxdur
2
0

Похожие вопросы

Keçmiş həyat yoldaşından aliment ala bilərəmmi?

cavab yoxdur
03.11.2024
Evliliyimiz dağılandan sonra uşaqların xərclərini demək olar ki, təkbaşına qarşılayıram. Keçmiş həyat yoldaşım nə maddi yardım göstərir, nə də uşaqlarla maraqlanır. Mən aliment tələb edə bilərəmmi və hansı proseduru izləməliyəm, məhkəməyə müraciət etmək mənə nə dərəcədə kömək edər?
0
0
5

Mənim valideynlik hüququmdan məhrum edilə bilərlərmi?

cavab yoxdur
23.10.2024
Uşaqlarıma qarşı heç bir zorakılıq etməsəm də, onlara vaxt ayırmağa çətinlik çəkirəm. Həyat yoldaşım isə boşanma prosesində məni valideynlik hüququndan məhrum etdirmək istəyir. Bu mümkündürmü və hansı hallarda məhkəmə valideynlik hüququnu ləğv edir?
0
0
7
Hamısını göstər