cavabın tarixi: 29.12.2024
Əgər rəsmi nikah yoxdursa belə, uşaq atasının kimliyi müəyyən olunubsa, siz aliment üçün məhkəməyə müraciət edə bilərsiniz. Uşaqdan ötrü aliment hüququ nikahın rəsmi olub-olmamasından asılı deyil, əsas övladın atası olduğu faktının sübutudur. Məhkəmə atalıq müəyyən edərsə (DNT testi və s.), aliment təyin ediləcək, rəsmi nikah vacib deyil.