cavabın tarixi: 17.12.2024
Ögey ata olmaqla avtomatik atalıq hüququ yaranmır. Sadəcə uşağı himayə edirsiniz. Uşağın rəsmi atası vəfat etdiyi üçün, əgər siz uşağı övladlığa götürmək istəyirsinizsə, məhkəmədə övladlığa götürmə prosesindən keçə bilərsiniz. Bu halda siz qanuni valideyn statusu alırsınız, soyadını dəyişdirmək və s. imkanlar da olacaq. Təkcə nikah uşağın atası sayılmağınızı təmin etmir.