cavabın tarixi: 27.12.2024
Avans, ümumi məbləğin bir hissəsinin əvvəlcədən ödənməsidir. Depozit isə bəzən geri qaytarılmayan təminat rolunu oynayır. Beh isə qanunla müəyyən edilmiş halda, razılaşma pozularsa beh qarşı tərəfdə qala bilər və ya ikiqat qaytarıla bilər. Hər bir termin fərqli hüquqi nəticə yaradır, buna görə müqavilədə hansı sözün seçilməsi diqqət tələb edir.